İsrailli məhbusların ailələri razılaşmanın sabotaj olacağından narahatdır


İsrailli məhbusların ailələri bəyan ediblər ki, baş nazir Benyamin Netanyahunun və hökumət rəsmilərinin bəyanatları onların razılaşmanı tam şəkildə həyata keçirmək niyyətində olmadıqlarını göstərir.

Turkustan.az xəbər verir ki, Qəzzada saxlanılan israilli məhbusların ailələrinin yaratdığı Girovlar və Ailələr Forumunun mətbuat şərhində Netanyahu və ABŞ prezidenti Donald Trampa razılaşmanın tam şəkildə həyata keçirilməsi çağırışı edilib.

İsrailli məhbus Ohad Ben Aminin qızı Ella Ben Ami, "Baş nazir Netanyahu və nazirlərinin çıxışlarını dinləyərkən, atamı geri qaytaracaq razılaşmanın hamını əhatə etməyəcəyindən narahatam" deyib.

Qəzzada saxlanılan israilli məhbus Nimrod Koenin anası Vicky Cohen, "Müqavilənin tam yerinə yetirilməyəcəyi ilə bağlı narahatlıq hamımızı düşündürür" deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ