Hakan Fidan: Ukraynada münaqişə dönüş nöqtəsinə yaxınlaşır


Türkiyə XİN rəhbərinin sözlərinə görə, Ankara onun həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır.

Turkustan.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır və Ankara onun həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır. O, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz görürük ki, Ukraynada demək olar ki, dörd ildir davam edən müharibə indi dönüş nöqtəsinə yaxınlaşır Müharibəni mümkün qədər tez bitirmək məqsədi ilə danışıqlar prosesinin canlandırılmasına yönəlmiş təşəbbüsləri alqışlayırıq”- deyə, Fidan bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ