Ryabkov: "Ukraynadakı münaqişə 100 günə həll edilə bilməz"


"Biz ilk növbədə Vaşinqtonun hansı əsasla nizamlanmaya doğru irəliləyəcəyini başa düşməliyik".

Turkustan.az xəbər verir ki, bunu TASS-a Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, bildirib ki, "ABŞ-ın yanaşmasında realizm olmadan Ukraynadakı münaqişə 100 günə həll edilə bilməz. Mən ilk öncə başa düşmək istərdim ki, Amerika tərəfi son günlər eşitdiyimiz siqnallara əsaslanaraq hansı nizamlanmaya doğru gedir. Vaşinqtonun yanaşması göstərir ki, müəyyən proseslər başlayacaq, ancaq yenə də bunun 100 günə həll edilməsini proqnozlaşdırmaq çətindir”,

“The Wall Street Journal” yazır ki, ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymaq vəzifəsini qoyub. Onun təxminlərinə görə, “Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın seçki kampaniyası zamanı dövlət başçısı kimi münaqişəyə son qoyacağını dediyi zaman təsəvvür etdiyindən qat-qat çətin olacaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ