Meksika Trampın mühacirləri deportasiya etməsinə qarşı hazırlaşır


Meksika ABŞ prezidenti Trampın mühacirləri kütləvi şəkildə deportasiya etməsinə qarşı hazırlaşır.

Turkustan.az xəbər verir ki,Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərarlara uyğun olaraq deportasiya edilməsi gözlənilən meksikalı mühacirlər üçün məşğulluq proqramları hazırladıqlarını bildirib.

Şeynbaum verdiyi açıqlamada, "Əmək Koordinasiya Şurası ABŞ-dan deportasiya oluna biləcək meksikalılar üçün təxminən 35 min iş yeri təklif etdi. Onlara təşəkkür edirəm. Bu vəzifələr müxtəlif sənaye sahələri, xüsusilə də istehsal sektorunu əhatə edir" deyib.

Bildirək ki, Meksikanın ən böyük biznes bloku olan Biznes Koordinasiya Şurası 2000-dən çox təşkilatı təmsil edir

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ