Qruşko: Ukraynanın NATO-ya daxil olması sülhü qeyri-mümkün edəcək


"Moskva Kiyevin Şimali Atlantika Alyansına daxil olmasını istisna edən dəmir-beton zəmanətlər axtaracaq".

Turkustan.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O deyib ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünü istisna edən konkret təminatlar axtaracaq. Kiyevin alyansa qoşulması sülhə nail olmağı qeyri-mümkün edəcək.

Qruşko vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olması Ukraynada sülhün əldə olunmasını və daha geniş mənada ən azı bir növ təhlükəsizlik arxitekturasının yaradılmasını istisna edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ