Orban Rusiyaya qarşı sanksiyalarını uzadılması üçün Kiyevə ultimatum verdi


"Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitini bərpa edərsə, sanksiyaların müddəti uzadıla bilər".

Turkustan.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib. O, bildirib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukraynanın Rusiya qazının Mərkəzi Avropaya tranzitini bərpa etməsi, “Türk axını” boru kəmərinə hücumları dayandırması və neft tranzitinin davam etdirilməsinə təminat verməsi şərti ilə uzadıla bilər.

O, Avropa İttifaqının digər liderlərinə deyib ki, Ukrayna Rusiyaya qarşı sanksiyalar da daxil olmaqla, yardım almaq istəyirsə, o zaman bu 3 şərti yerinə yetirməlidir.

Orban xəbərdarlıq edib ki, əks halda bir həftə sonra qərar veriləcək və sanksiyalar uzadılmayacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ