NATO-nun baş katibi Mark Rutte son zamanlar tez-tez gündəmə gətirdiyi NATO-nun döyüşə hazırlığı ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Rutte, "Həqiqətən böhran vəziyyətindəyik, daha çox pul xərcləməliyik. Ukraynaya dəstəyi artırmalıyıq. Əgər Ukraynanı pis sövdələşmə ilə tərk etsək, bu, geosiyasi səhv olardı" deyib.
NATO-nun baş katibi Mark Rutte Davos Dünya İqtisadi Forumunda iştirak etdiyi paneldə NATO-nun hazırkı vəziyyətini şərh edib.
Rutte, "Həqiqətən böhran vəziyyətindəyik. İlk növbədə, pul... Tezliklə daha çox pul xərcləməliyik. 2% müdafiə xərcləri qətiyyən kifayət deyil, yaxın bir neçə ayda bundan kənara çıxmalıyıq. Gözləməyə vaxt yoxdur. Biz artıq Ukraynaya dəstəyimizi artırmalıyıq. Biz geri çəkilməməliyik, çünki hazırda cəbhədə vəziyyət müsbət istiqamətdə inkişaf etmir” deyərək, Ukraynaya dəstəyin vacibliyini vurğulayıb.
Rutte Ukrayna müharibəsindən pis razılaşma ilə çıxmağın nəticələrinə də diqqət çəkərək, "Əgər pis bir müqavilə imzalasaq, Rusiya, Çin, İran və Şimali Koreya bir-birini beşə vuracaqlar. Bunu qəbul edə bilmərik, sülh davamlı olmalıdır və belə bir sülh üçün biz əmin olmalıyıq ki, Putin bir daha Ukraynadan bir kvadrat kilometr belə ala bilməyəcək." deyib.
Aytən Yaşar/ Turkustan.az