Tramp 3-cü dəfə prezident seçilə bilər: Konstitusiyaya dəyişiklik layihəsi təqdim edildi


ABŞ konqresmeni, respublikaçı Endi Oqles, Amerika prezidentlərinə üç müddətə prezidentlik etməyə imkan verən Konstitusiya dəyişikliyi qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın üçüncü dəfə seçilə bilməsi üçün hərəkətə keçən Respublikaçı millət vəkili Oqles Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsini açıqlayıb.

Oqles, Trampın iki müddətdən artıq prezidentlik etməsinə icazə vermək üçün hazırladığı qanun layihəsinin ölkə rəhbərliyi üçün əhəmiyyətli olduğunu ifadə edərək, “O, respublikanı yenidən qurmağa və ölkəmizi xilas etməyə çalışan biridir; qanunvericilər və dövlətlər olaraq biz bunu etməliyik. Ona dəstək olmaq üçün əlimizdən gələni edirik” deyib.

O, həmçinin əlavə edib ki, “Mən Konstitusiyanın prezidentlik müddətinə 22-ci düzəlişin tətbiq etdiyi məhdudiyyətləri nəzərdən keçirməyi təklif edirəm”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ