Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, ABŞ-ın eks-prezidentinin administrasiyası və keçmiş rəhbərin özünün yol verdiyi səhvlər şəxsi deyil, milli zəmində edilib.
Turkustan.az xəbər verir ki, Moskva ABŞ-ın yeni prezidenti Donald Trampı və onun administrasiyasını sələfi Co Bayden və komandasının Ukrayna ətrafındakı vəziyyətdə buraxdığı səhvləri düzəltməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova: "Mənə elə gəlir ki, Tramp administrasiyası Ukraynadakı vəziyyətin əvvəlki administrasiyanın səhvlərinin nəticəsi olduğunu dəfələrlə bəyan edib, etiraf edib, ona görə də əvvəlki administrasiyanın bu səhvləri düzəldilməlidir".
Aytən Yaşar/ Turkustan.az