Vladimir Zelenskinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir.
Turkustan.az xəbər verir ki, Vladimir Zelenski yeni Amerika lideri Donald Trampın Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünlüyünü etiraf edib.
“Mən bunu daha da yaxınlaşdırmaq üçün hər şeyi edəcəyəm. Əgər prezident Tramp Ukrayna üçün güclü və dönməz təhlükəsizliyə zəmanət verə bilərsə, o zaman biz diplomatik yolla gedəcəyik”- deyə, Zelenski "Bloomberg"- ə müsahibəsində Ukraynaya sövdələşmə təklif olunarsa, Putinlə danışıqlar masasına oturmaqla bağlı mövqeyini dəyişməyə hazır olub-olmadığı sualına cavab verib.
Rusiya hakimiyyət orqanları münaqişənin həlli üçün danışıqlara hazır olduqlarını dəfələrlə bəyan ediblər. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diqqəti əsas maneələrin Zelenskinin fərmanı ilə qanuniləşdirilən Putinlə danışıqların mümkünsüzlüyü, eləcə də Kiyevin müasir reallıqlardan tamamilə təcrid olunmasını göstərən Ukrayna təşəbbüsləri olduğuna diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az