Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Kayl, Tik-Tok sosial şəbəkə tətbiqinin istifadəçilərinə maraqlı bir platforma təqdim etdiyini, lakin onların məlumat təhlükəsizliyi və təbliğat riski ilə bağlı "ciddi narahatlıqlarının" olduğunu söylədi.
Turkustan.az xəbər verir ki, Kayl, proqramın gənclərə müxtəlif mədəniyyətləri və ideologiyaları kəşf etməyə imkan verən "arzu olunan platforma" olduğunu söyləyib.
Tik-Tok-un təbliğat vasitəsi kimi istifadə edilib-edilməməsi ilə bağlı suala Kayl, "TikTok-la bağlı diqqətli olmağı tövsiyə edirik. Qərəzliliyə səbəb olan bir çox platforma və nəşriyyatlar var" cavabını verib.
Kayl onların həyat tərzinə düşmən olan ölkələrlə münasibətlərdə çox diqqətli olduqlarını da vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az