Kremlin sözçüsü Dmitri Peskov, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidində yeni bir element görmədiklərini bildirib.
Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada bəzi aktual məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Trampın Rusiyaya qarşı yeni sanksiya təhdidlərini dəyərləndirən Peskov, "Burada yeni bir ünsür görmürük. Tramp ilk dövründə sanksiya üsullarından ən çox istifadə edən Amerika prezidentlərindən biri idi. Bu üsulları bəyənir" deyib.
ABŞ-ın verdiyi açıqlamaları yaxından izlədiklərini vurğulayan Peskov, "Biz bərabər şərtlərdə, qarşılıqlı hörmətlə dialoqa hazırlığa davam edirik. Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında belə bir dialoq yaşanmışdı. Baxmayaraq ki, bu məsələdə hələ heç bir inkişaf yoxdur, ancaq biz yenə də gözləyirik"-deyə, vurğulayıb.
Peskov onu da bildirib ki, Qərb ölkələrinin Rusiya aktivlərinə qarşı “qeyri-dost” addımları cavabsız qalmayacaq.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalı barədə danışan Peskov, "KTMT öz effektivliyini sübut edən müstəqil və yetkin bir təşkilatdır və fəaliyyətini davam etdirir. Ermənistan bu günə qədər təşkilatdan çıxmaq niyyətini bəyan etməyib" deyib.
Aytən Yaşar/ Turkustan.az