ABŞ prezidenti Donald Tramp yeni əfv fərmanları imzalayıb.
Turkustan.az xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Tramp 2020-ci ildə Karon Hylton-Brown adlı 20 yaşlı qaradərili gənci öldürdüyünə görə 5 il həbs cəzasına məhkum edilmiş keçmiş paytaxt Vaşinqton polisi Terens Suttonu "tam və qeyd-şərtsiz" əfv edib.
ABŞ prezidenti eyni qətlin sübutlarını ört-basdır etdiyinə görə 4 il həbs cəzası alan polis əməkdaşı Endryu Zabavskini də əfv edib.
Bildirək ki, Tramp vəzifəsinin ilk günündə imzaladığı fərmanla 6 yanvar 2021-ci ildə Konqresə basqında iştirak edən təxminən 1600 nəfəri əfv etdi. Həmçinin 2015-ci ildə " "Silk Road"" adlı internet saytı vasitəsilə narkotik və qeyri-qanuni məhsullar satdığı üçün ömürlük həbs cəzasına məhkum edilən Ross Ulbrixti də bağışladı.
Aytən Yaşar/ Turkustan.az