Vitali Kulik: “Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələsinin başlanması ehtimalı daha çoxdur. Söhbət ABŞ-ın İsraillə birlikdə İrana zərbə endirməsindən gedir”
ABŞ-ın yeni Prezidenti Donald Trampın ilk qərarları arasında xarici yardımı doxsan gün müddətinə dayandırması olub. Bu sərəncam Ukraynada narahatlıqla qarşılanıb. Ekspertlər hesab edirlər ki, bu, Ukrayna üçün son dərəcə risklər vəd edir. Ağ Ev adminstrasiyasının xarici maliyyə yardımının dayandırılmasının nəticələri, “sülh üçün məcburiyyət” və Trampın Prezident kimi ilk 100 gündə daxili siyasi addımları barədə UNİAN-ın suallarını Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin direktoru, politoloq Vitali Kulik cavablandırıb. AYNA müsahibəni istinadla təqdime dir:
- ABŞ-ın yeni Prezidentinin xarici yardımı doxsan gün müddətinə dayandırmasının Ukrayna üçün hansı riskləri və nəticələri var?
- Trampın xarici yardımın dayandırılmasına dair sərəncamının əsas səbəbi Rusiya-Ukrayna müharibəsi deyil. Yəni mən bu qərarın təkcə Ukrayna görə verildiyini düşünmürəm. Ölkəmiz çoxlu yardım alan ölkələrdən biridir. Amma Trampın bu sərəncamının Rusiya Prezidenti Vladimir Putinin bir mesaj olduğu göz qabağındadır. Trampın bu qərarını Putinə danışıqlar təklifi kimi də şərh etmək olar. Yəni ki, bu, Tramp tərəfindən danışığa gəlməsi üçün Putinə xoş niyyətli jest də sayıla bilər.
- Bəs rus diktatoru 90 gün ərzində danışıqlara razılıq verməsə, ABŞ-dan hər hansı bir addım gözləmək olarmı?
-Birincisi, zəng olmalıdır. Tramp və Putin arasında telefon danışığı olmalıdır. Həm ABŞ, həm də Rusiyanın buna hazır olduğunu göstərən bəzi amillər var. Üstəlik, Rusiya tərəfi bu dialoq başlamazdan əvvəl artıq bir sıra həddindən artıq tələblər irəli sürür...
Əgər 90 gün ərzində bəzi razılaşmalar əldə olunarsa, danışıqlar prosesi dalandan çıxacaq. Xüsusilə, bu, silahlara - yardımın dinamikasına təsir edəcək. Əgər 90 gün ərzində telefon danışığı və prosesin davam etdirilməsi ilə bağlı razılaşmadan başqa heç nə aşkar olunmasa, üç aydan sonra bu, müəyyən vəsaitin ayrılmasına yenidən baxılması, yaxud yardımın artırılması və ya digər addımlarla müşahidə oluna bilər. Bununla ABŞ Putini danışıqlar prosesinə Trampın görmək istədiyi şəkilə gətirəcək.
- Trampın imzaladığı fərmanlar arasında ABŞ-ın ÜST-dən çıxması da var. O, bu barədə seçki kampaniyası zamanı söz vermişdi. Amma belə vədlər arasında ABŞ-ın NATO-dan çıxması da var idi. Belə bir addımın həyata keçirilməsini gözləmək olarmı?
- Məncə, söhbət şantajdan gedir. Çünki bu təzyiqin məqsədi Alyans tərəfdaşları tərəfindən müdafiə maliyyəsini artırmaqdır. İlk növbədə, bu, NATO-nun müdafiə qabiliyyətini artırmaq, ona yeni nəfəs vermək cəhdidir.
Sadə dillə desək, əgər Avropa bunu etmək istəmirsə - daha çox sərmayə qoymaq, müdafiəsini maliyyələşdirmək istəmirsə, onda ABŞ niyə etməlidir? Amma bu halda belə, Trampın seçkiqabağı vədlərini yerinə yetirməkdə çox sürətli addımlar atması mümkün görünmür. O, bu cür təhdidlərin tam həyata keçirilməsi istiqamətində kəskin addımlar atmayacaq.
- Ümumiyyətlə, Trampın ilk sərəncamlarını necə qiymətləndirmək olar?
- Tramp radikal hərəkət edir. O, seçki kampaniyası zamanı vəd etdiyi hər şeydən imtina etmək fikrində deyil. Buna görə də sürprizlər gözləniləndir. Məsələn, onun Panama kanalına nəzarəti bərpa etməkdə daha fəal rolu Kanada, Meksika və Panama ilə iqtisadi müharibələri əhatə edə bilər. ABŞ həm də açıq şəkildə Qərb bazarlarında fəal iqtisadi varlıq yerləşdirərək tərəfdaşlarını ödəməyə məcbur edəcək. Bu, Trampla Avropa ölkələri liderləri arasında ziddiyyətə səbəb olacaq. Çünki onun hərəkətləri siyasi dialoqda da əks olunacaq narazılıqla qarşılanacaq. Mən kifayət qədər sərt bəyanatların və iradların mümkün mübadiləsini nəzərdə tuturam. Bu isə Rusiyanın ekspansiyasına qarşı mübarizədə Qərbin birliyinə açıq şəkildə zərər verəcək.
Eyni zamanda, Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələsinin başlanması ehtimalı daha çoxdur. Söhbət HƏMAS və ya “Hizbullah”la toqquşmadan getmir, daha çox ABŞ-ın İsraillə birlikdə İrana zərbə endirməsindən gedir. Həmçinin ehtimal etmək olar ki, “husilər”lə bağlı məsələlər qaldırılacaq, Afrikada yeni ittifaqların yaradılması ilə bağlı məsələlər gündəmə gələcək. Yeri gəlmişkən, Tramp oradakı avropalı tərəfdaşları da nəzərə almayacaq ki, bu da Avropanı qıcıqlandıracaq. Amma reallıqda hazırda Avropa ona qarşı çıxa bilməz.