Yepiskop Mariann Edqar Budde Donald Trampı qəzəbləndirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və komandası Milli Katedraldə keçirilən dua mərasimində iştirak edərkən, mərasimə rəhbərlik edən yepiskop Mariann Edqar Budde yeni prezidentdən mühacir ailələrinə mərhəmət göstərməsini istəyib.
Tramp mərasimdən çıxarkən verdiyi açıqlamada "Yaxşı bir mərasim olduğunu düşünmürəm. Daha yaxşısını edə bilərdilər" deyərək, narahatlığını ifadə edib. Tramp bildirib ki, o, yepiskopun ifadələrini “ədəbsiz və kobud” hesab edir.
Bildirək ki, mərasimə rəhbərlik edən yepiskop Mariann Edqar Budde yeni prezidentdən “immiqrant ailələrə, LGBT fərdlərə və transseksual uşaqlara” mərhəmət göstərməyi xahiş edib.
Aytən Yaşar/ Turkustan.az