2022-ci ilin yazında Rusiya və Ukrayna arasında İstanbul danışıqlarının Ukrayna hakimiyyəti tərəfindən pozulması Kiyevin geri çəkilmək istəməməsi ilə əlaqələndirilir.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Onlar belə fikirləşdilər ki, geri çəkilirəm və məni rusiyapərəst Viktor Medvedçuk ilə əvəz edirlər. Mən isə artıq prezident deyiləm”, - deyə siyasətçi öz versiyasını bildirib.
Qeyd edək ki, Zelenski ilk dəfə İstanbulda danışıqlardan imtina etməsini Rusiyanın Ukraynanın neytral statusu və ölkədə rus dili məsələsi ilə bağlı mövqeyini qəbul etmək istəməməsi ilə izah edib. Siyasətçi bu qərarı 2019-cu il prezident seçkilərində ukraynalıların iradəsi ilə əsaslandırıb.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Zelenski İstanbul razılaşmalarının mövcudluğunu rədd edib. Onun sözlərinə görə, Ukrayna münaqişənin həlli ilə bağlı heç bir saziş imzalanmayıb./publika.az