Donald Tramp ABŞ-ın yeni prezidenti kimi fəaliyyətə başladıqdan sonra onun nə qədər maaş alacağı maraq doğurub.
Turkustan.az xəbər verir ki, dünya liderlərinin maaşları ölkələrinin iqtisadi vəziyyəti və siyasi strukturları ilə sıx bağlıdır. Trampın alacağı məvacib rəsmən açıqlanmasa da, sələfi Co Baydenin illik məvacibi 400 min dollar olub.
Böyük ehtimalla, Trampın da məvacibi bu civarda olacaq. Bəs dünyada ən çox məvacibi hansı ölkələrin rəhbərləri alır?
2025-ci ildə ən yüksək maaş alacaq dünya liderlərini təqdim edirik:
Sinqapur Prezidenti Toni Tan Ken Yamdan - 1,61 milyon dollar;
Honq-Konqun Baş icraçı sədri Con Li Ka-Çiu – 568 min dollar;
İsveçrə Prezidenti Karin Keller-Satteri – 531 min dollar;
Kanadanın baş naziri Castin Trüdo – 406 min dollar;
Avstraliyanın Baş naziri Antoni Albanese – 365 min dollar;
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen- 364 min dollar;
Yeni Zelandiyanın Baş naziri Kristoper Lükson – 325 min dollar;
Almaniya Kansleri Olaf Şolts – 270 min dollar;
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin – 260 min dollar;
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – 80 min dollar./publika.az