Almaniya 2024-cü ildə silah ixracında rekord qırıb


Almaniya 2024-cü ildə silah ixracında rekord qırıb.

Turkustan.az xəbər verir ki, Almaniya hökuməti keçən il təxminən 13,33 milyard avro dəyərində silah və hərbi texnikanın ixracına icazə verib.

Alman Xəbər Agentliyinin (DPA) xəbərinə görə, Sol Partiyanın parlamentdəki sualını cavablandıran Almaniya İqtisadiyyat və İqlim Mühafizə Nazirliyi hökumətin keçən il 13,33 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verdiyini açıqlayıb.

Nazirliyin cavabında bildirilir ki, ötən il ən çox hərbi texnika satılan ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin Kiyevə 8,15 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ