Əsədin ordusu “dirildi” – Hücuma keçdilər


Suriyanın müxtəlif bölgələrində təmizləmə əməliyyatları davam edərkən, ölkənin şimal-qərbindəki Latakiya vilayətində qəfil hücum qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Məlumatda deyilir ki, Latakiyanın Cəblə şəhərinin girişindəki təhlükəsizlik məntəqəsinə hücum olub. Hücumda Suriyanın yeni administrasiyasına bağlı Hərbi Əməliyyatlar Departamentinin iki əməkdaşı öldürülüb.

Bir neçə həftə əvvəl qurum Latakiyanın müxtəlif bölgələrində Suriya ordusunun keçmiş üzvlərinə qarşı əməliyyata başladığını açıqlamışdı.

Dekabrın 8-də keçmiş prezident Bəşər Əsədin devrilməsinin ardınca yeni hökumət ölkədə təhlükəsizlik vəziyyətini öz üzərinə götürəndən bəri bir neçə vilayətdə keçmiş rejimin qalıqlarını axtarmaq üçün əməliyyatlara başlayıb. Bu müddətdə keçmiş rejimin yüzlərlə əsgər və zabiti yeni hərbi komandanlığa təslim olub./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ