ABŞ-da qeyri-qanuni miqrantların kütləvi saxlanmasına başlanılıb


“İmmiqrasiya və Gömrük Mühafizəsi bu gündən artıq qanunu tətbiq edir”

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qeyri-qanuni miqrantları deportasiya etmək üçün saxlamağa başlayıb.

Turkustan.az xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Donald Tramp administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə kuratoru Tomas Homan deyib.

“Bəli, İmmiqrasiya və Gömrük Mühafizəsi bu gündən artıq qanunu tətbiq edir. Bu, bizim prioritetimiz olacaq”, - Homan CNN-ə bildirib.

Homan deyib ki, ICE-nin hərəkətlərini "basqın" adlandırmaq olmaz, çünki onlar məqsədyönlü hüquq-mühafizə əməliyyatlarının bir hissəsidir.

Kurator hesab edir ki, bu cür prosedurlar diqqətlə planlaşdırılıb və cinayəti olan qeyri-qanuni miqrantların və ictimai təhlükəsizliyə təhlükə yaradan şəxslərin saxlanmasına yönəlib. /AYNA/


MANŞET XƏBƏRLƏRİ