Rusiya hərbçiləri Ukraynanın daha bir kəndini ələ keçirib.
Turkustan.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətindəki Qərb qrupunun əsgərləri Zapadnoye kəndini ələ keçiriblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"“Qərb” qoşunlar qrupunun bölmələri Xarkov vilayətinin Zapadnoye kəndini azad edib, Kamenka, Zeleni Qay, Dvureçnaya, Ukrayna Silahlı Qüvvələrinin üç mexanikləşdirilmiş, gözətçi briqadasının canlı qüvvə və texnikasını darmadağın edib”-deyə, məlumatda deyilir.
Aytən Yaşar/ Turkustan.az