Qəzetin yazdığına görə, ABŞ prezidenti danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Onun təxminlərinə görə, “Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq Trampın seçki kampaniyası zamanı dövlət başçısı kimi münaqişəyə son qoyacağını dediyi zaman təsəvvür etdiyindən qat-qat çətin olacaq”.
Qəzetin Keyt Kelloqun keçmiş həmkarları arasından həmsöhbətləri iddia edirlər ki, onu müstəqil fiqur adlandırmaq olmaz, çünki o, Trampın fikrindən tamamilə asılıdır. Bu səbəbdən Keyt Kelloqun ABŞ və Rusiya arasında “heç bir real danışıqlarda iştirakına icazə verilməyəcəyi” iddia edilir.
Bildirək ki, yanvarın 7-də Tramp etiraf edib ki, Ukraynadakı münaqişənin həlli seçki kampaniyası zamanı elan etdiyi 24 saatdan çox çəkə bilər.
Aytən Yaşar/ Turkustan.az