Vladimir Zelenski Ukrayna vətəndaşlarının etibar etdiyi siyasətçilərin reytinqində üçüncü yerə düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın “Socis” mərkəzinin apardığı sosioloji sorğunun nəticələrində deyilir. Araşdırmaya əsasən, respondentlərin 71,6 faizi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya, 46,7 faizi isə xüsusi xidmət orqanlarının rəhbəri Kiril Budanova etibar edir.
Eyni zamanda, sorğuda iştirak edən ukraynalıların yalnız 40,8 faizi Zelenskiyə inanır. Amma Zelenski ölkənin sabiq prezidenti Pyotr Poroşenkonu geridə qoyub. Ona etimadı 18,9 faizə düşüb.
Ekspertlər Zalujnının reytinqinin artmasının Zelenski üçün ən təhlükəli olduğunu hesab edirlər, çünki keçmiş baş komandan özünü prezidentliyə namizəd elan edə bilər. /publika.az/