2018-2019-cu illərdə ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri vəzifəsində çalışan Con Bolton ona verilən Gizli Xidmətin mühafizəsinin Tramp tərəfindən ləğv edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, X hesabında açıqlama verən Bolton Trampın qərarından çox məyus olduğunu bildirib.
Mövzu ilə bağlı açıqlamasında İrandan təhdidlər aldığına diqqət çəkən Bolton, "Prezident Trampın Gizli Xidmətin təmin etdiyi mühafizəni sona çatdırmaq qərarına gəlməsindən məyus oldum, amma təəccüblənmədim. Prezident Bayden Milli təhlükəsizlik siyasətləri ilə bağlı tənqidlərimə baxmayaraq bu qorumanı 2021-ci ildə uzatmaq qərarına gəlmişdi"-deyə, bildirib.
2018-2019-cu illərdə Ağ Evdə Milli Təhlükəsizlik Müşaviri vəzifəsində çalışan Bolton, Tramp dövründə “İrana maksimum təzyiq” siyasətinin memarlarından biri kimi görünürdü. Bolton Trampla fikir ayrılığından sonra istefaya göndərilib.
Aytən Yaşar/ Turkustan.az