49 illik müqavilə ləğv edildi: Rusiya bura nəzarəti itirdi


Suriyanın yeni hökuməti Rusiya ilə Tartus dəniz limanının idarə edilməsi haqqında müqaviləni ləğv edib.

Turkustan.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tartus əyalətinin gömrük idarəsinin direktoru Riad Cudi “Al-Watan” nəşrinə müsahibəsində bildirib.

Bildirilir ki, Rusiya şirkəti ilə Suriyanın ikinci ən böyük dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsi 2019-cu ildə 49 illik müddətə bağlanmışdı.

“Rusiya şirkəti ilə imzalanmış Tartus limanına investisiya müqaviləsi ləğv edilib. Limanın fəaliyyətindən əldə olunan bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq. Liman işçiləri avadanlıqların bərpasına qayıdacaqlar”, – deyə Cudi vurğulayıb.

Rusiya tərəfi limanın modernləşdirilməsinə 500 milyon dollardan çox vəsait yatırmağı planlaşdırırdı.

Xatırladaq ki, bundan əvvəl Suriya Rusiya, İran və İsraildən mal idxalından imtina edib, bu ölkələrdən gələn məhsullar müsadirə olunacaq.


MANŞET XƏBƏRLƏRİ