Fransa Bəşər Əsəd üçün həbs qərarı çıxardı


Fransanın ədliyyə orqanları Suriya həbsxanalarında işgəncə və pis rəftara görə devrilmiş lider Bəşər Əsədin həbsinə order verib.

Turkustan.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot X hesabında yazdığı bəyanatında bildirib: Fransa Bəşər Əsəd üçün həbs qərarı çıxardı. Sednaya həbsxanasında gördüklərimiz cəzasız qalmamalıdır. Fransa hər zaman suriyalıların yanındadır".

Bildirək ki, Barrot və Almaniyanın xarici işlər naziri Annalena Baerbok Suriyada Baas rejiminin devrilməsindən sonra yanvarın 3-də paytaxt Dəməşqdəki Sednaya həbsxanasında işgəncə bazasına baxış keçiriblər.

Fransa məhkəməsi 2023-cü il noyabrın 15-də Əsədin insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şərik olduğunu əsas gətirərək onun həbsinə order vermişdi.

Məhkəmə Əsədi 2013-cü ildə Suriyanın Şərqi Quta bölgəsində kimyəvi hücumlarda insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şərik olmaqda ittiham edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ