Bolu Kartalkayada 12 mərtəbəli Grand Kartal otelində baş verən yanğında həyatını itirən 76 nəfərdən 5-i Çetiz ailəsinin üzvləridir.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, həkim və müəllim cütlüyü 3 uşaqları ilə birlikdə yanaraq ölüb. Belə ki, 44 yaşlı həkim Əhməd, 40 yaşlı müəllim həyat yoldaşı Həbibə, əkiz uşaqları Sedat (11), Vedat (11) və kiçik uşaqları Esat Çetiz (9) həyatını itirib.
Onların cəsədləri Ankarada torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Boludakı yanğında ölənlərin sayının 76-ya yüksəldiyini açıqlayıb.
/globalinfo.az/