Türkiyənin Bolu vilayətindəki yanğında ölənlərin sayı artıb.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:
“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”. /modern.az/