Tramp strateji vəzifəyə elə birini gətirdi ki… – “Onu qınamaq olmaz”


ABŞ Prezidenti Donald Trampın ən strateji postlardan biri olan maliyyə naziri vəzifəsinə Skott Bessentin təyinatını dəstəkləməsi müzakirələrə səbəb olub.

Məlumata görə, Bessent öz həmcinsi – Nyu Yorkun keçmiş prokuroru Con Frimen ilə rəsmi olaraq evlidir. Hətta onlar iki övlad böyüdürlər. ABŞ-da LGBT+ mövzularına münasibətdə radikal mövqeyi ilə tanınan, homoseksualizmə qarşı olduğunu deyən Trampın belə bir strateji vəzifəyə Bessenti gətirməsi birmənalı qarşılanmayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, PR kampaniyaları siyasətçilər və dünya liderləri üçün nəinki məqbul, hətta vacib nüans hesab olunur:

“Bu, Tramp üçün də keçərlidir. Yəni onu qınamaq lazım deyil, adıçəkilən şəxslər öz sahələrinin peşəkarı ola bilərlər. Böyük ehtimal Tramp da məhz buna üstünlük verib. ABŞ-ın yeni prezidentinin səlahiyyət müddətində eynicinsli nikaha qarşı mübarizəni gücləndirməsi mümkündür.

Digər vədlərin yerinə yetirilməsi məsələsini isə indidən proqnozlaşdırmaq çətindir. Lakin Tramp xüsusilə müharibələrin bitməsi üçün çalışacaq. Bacarıb-bacarmayacağını dəqiq bilmirəm, ancaq cəhd edəcək. Çünki bu, respublikaçıların siyasətinə və yeni prezidentin maraqlarına uyğundur”.


MANŞET XƏBƏRLƏRİ