ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin etdiyi Mayk Vals qatıldığı televiziya proqramında mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, İranın Həmas, Hizbullah və Bəşər Əsədin vəziyyətindən bəhs edərək zəiflədiyini ifadə edən Vals, "İranla bağlı əsas qərarları önümüzdəki aylarda verəcəyik" deyib.
Vals İranla bağlı suala belə cavab verib: "İran Netanyahu və rəhbərliyi sayəsində geri addım atır. Həmas da əməliyyatlarla zəiflədi. Digər tərəfdən, hər kəs Hizbullah lideri Nəsrullahın öldürülməsinin çox təxribatçı olacağını deyirdi və gərginliyi artıran İsrail Nəsrullahı öldürdü. İranla bağlı da gələn ay mühüm qərarlar qəbul edəcəyik".
Son bir ayda ABŞ və İsrail mətbuatında İrana hücum ola biləcəyi ilə bağlı xəbərlər yayılıb. "Jerusalem Post" qəzetində dərc olunan xəbərdə İsrailin İrana hücumunun 2025-ci ilin ən mühüm hadisələrindən biri ola biləcəyi iddia edilib. Digər tərəfdən, Axiosda çıxan xəbərə görə, Donald Tramp və komandasının ən əhəmiyyətli gündəmlərindən biri də İran olacaq.
Aytən Yaşar/ Turkustan.az