Medvedev Trampın andiçmə mərasiminə münasibət bidlirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Tszinpin arasında söhbət dünyanın çoxqütblülüyünün və ortaq rifahın zəruriliyinin ən yaxşı sübutu oldu. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
“Aydındır ki, ABŞ prezidentinin kifayət qədər gülməli andiçmə mərasiminin əsas şərhi dünənki tədbirdən sonra keçirilən Rusiya və Çin başçılarının dialoqu oldu, bu, müasir dünyanın çoxqütblülüyünün və ölkələrimizin strateji tərəfdaşlığının ən yaxşı sübutu oldu "- deyə, siyasətçi Telegram kanalında yazıb .
Medvedyevin sözlərinə görə, müasir dünya Trampın dediyi kimi “Amerikanın qızıl dövrü” ilə deyil, “bütün bəşəriyyətin inkişafı və çiçəklənməsi” ilə maraqlanır. "Birlikdə dünyanı daha yaxşı bir yerə çevirəcəyik!"-deyə, Medvedev eyni ifadəni çin dilində təkrarlayaraq yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az