Trampın yeni gündəmi: Alyaska


ABŞ prezidenti Donald Trampın təbii sərvətlərindən faydalanaraq ölkə iqtisadiyyatına töhfə verməyi hədəflədiyi Alyaska əyalətində neft və təbii qaz başda olmaqla bir çox faydalı qazıntı yatağı var.

Turkustan.az xəbər verir ki, Trampın vəzifəyə başladığı ilk gündə Alyaskada neft və təbii qaz qazma fəaliyyətini artırmaq üçün fərmanlar imzalamasından sonra bölgənin strateji əhəmiyyəti maraq mövzusu oldu.

Alyaska ABŞ tərəfindən 1867-ci ildə Rusiya İmperiyasından 7,2 milyon dollara alınıb.

O zamankı prezident Endryu Conson tərəfindən ABŞ-a ilhaq edilən Alyaska 1959-cu ildə ABŞ-ın 49-cu ştatı olaraq qəbul edildi.

ABŞ-ın şimal-qərb ucunda yerləşən Alyaska ərazi baxımından ölkənin ən böyük ştatıdır.

Qış aylarında temperaturun 45 dərəcə şaxtaya endiyi Alyaskada ayı, maral, canavar kimi bir çox vəhşi heyvan və 200-dən çox quş növü də yaşayır.

Ştat həmçinin ABŞ-ın mühüm hərbi obyektlərinə ev sahibliyi edir.

Alyaskada təxminən 22 min ABŞ hava, quru və dəniz qüvvələri, 4 min 700 mühafizəçi və ehtiyat əsgər var. Bölgədəki hərbçilərin 38 faizi hava qüvvələrinin üzvləridir.

Ümumilikdə 9 bazası olan Alyaskada hərbçilər üçün təlim mərkəzləri də var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ