Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Şi Cinpinlə görüşündə “Çinə neft ixracına görə birinci yerdəyik” deyib.
Turkustan.az xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpinqlə videokonfrans vasitəsilə görüş keçirdiklərini açıqlayıb. Görüş zamanı Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında əlaqələrin sürətlə inkişaf etdiyini bəyan edərək, “Moskva ilə Pekin arasındakı əməkdaşlıq milli maraqlara və böyük dövlətlər arasında münasibətlərin necə olması lazım olduğuna dair oxşar yanaşmalara əsaslanır” deyib.
Ötən ilin Rusiya-Çin münasibətləri üçün son dərəcə məhsuldar olduğunu qeyd edən Putin, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in keçirdiyi sammitlərdə faydalı məsləhətləşmələr apardıqlarını bildirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) və G20 kimi təşkilatlarda koordinasiyalı fəaliyyət göstərdiklərini ifadə edən Putin, “Çin bizim əsas ticarət tərəfdaşımızdır, Rusiya isə Çinin beşinci ən böyük ticarət tərəfdaşıdır"-deyə, qeyd edib.
Rusiya qazını Çinə daşıyan Sibirin Gücü boru kəmərinin 5 il əvvəl istifadəyə verildiyini xatırladan Putin, "Çin Rusiyanın enerji qaynaqlarının ən böyük istehlakçısıdır. Çinə neft ixracatında birinci yerdəyik. Sənaye, nəqliyyat, kənd təsərrüfatı üzrə Çində uğurlu birgə layihələr həyata keçirilir. Çinin şəhərlərində "Made in Russia" yarmarkalarının təşkili təcrübəsi kifayət qədər uğurlu olub".
Aytən Yaşar/ Turkustan.az