Cənubi Koreyada prezident Yoonun məhkəmə prosesi başladı


Dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində vəzifədən kənarlaşdırılan və yanvarın 19-da həbs edilən Yoon Suk Yeolun iştirakı ilə Konstitusiya Məhkəməsində impiçment işi üzrə məhkəmə prosesi başlayıb.

Turkustan.az xəbər verir ki, Yonhap xəbər verir ki, Yoon saxlanıldığı Seul təcridxanasından hərbi vəziyyətin elan edilməsi ilə bağlı məhkəmənin keçiriləcəyi Konstitusiya Məhkəməsinə gətirilib.

Yerli vaxtla saat 14:00-da impiçment prosesi ilə bağlı dinləmələrə qatılan Yoonun hərbi vəziyyətin elan edilməsi ilə bağlı müdafiə çıxışı edəcəyi gözlənilir.

Digər tərəfdən məhkəmə binası qarşısında toplaşan yüzlərlə insan Yoona dəstək nümayişi keçirib.

Konstitusiya Məhkəməsi işə baxılmağa başlayan 14 dekabr 2024-cü il tarixindən etibarən 6 ay ərzində Yoonun işdən çıxarılması ilə bağlı qərarını verməlidir.

Məhkəmə Yoonun istefaya göndərilməsi barədə qərar verərsə, Cənubi Koreyada 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ