“Qrenlandiya bizə Rusiya və Çindən gələcək təhdidlər, beynəlxalq təhlükəsizlik üçün lazımdır”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Danimarka bu ərazilərə etibarlı şəkildə nəzarət etmək imkanında deyil:
“Qrenlandiya əla yerdir. Bu, beynəlxalq təhlükəsizlik üçün lazımdır. Mən əminəm ki, Danimarka güzəştə gedəcək, onların bu əraziyə nəzarət etməsi üçün resursları yoxdur. Rusiya qayıqları, Çin hərbi gəmiləri hər yerdədir. Danimarka bura nəzarət edə bilmir”./Globalinfo.az