Tramp ABŞ-da federal səviyyədə ölüm hökmünün bərpasına göstəriş verib


ABŞ prezidenti baş prokurora bütün ştatların öldürücü inyeksiya üçün kifayət qədər miqdarda dərmanla təmin olunması üçün tədbirlər görməyi tapşırıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası haqqında sərəncam imzalayıb və bütün ştatları öldürücü inyeksiya üçün kifayət qədər miqdarda dərmanla təmin etməyi əmr edib.

Ağ Evin saytında dərc olunan sənəddə deyilir: “ABŞ-ın siyasəti ölüm hökmünə icazə verən qanunlara hörmət edilməsini və tam şəkildə tətbiq olunmasını təmin etmək və edamlara maneçilik törədən və onların qarşısını almaqla qanunu pozan siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır”.

Orada deyilir ki, ABŞ Baş Prokuroru qanuna görə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin qətlinə, habelə sənədsiz immiqrantlar tərəfindən törədilən ağır cinayətlərə görə ölüm cəzası tələb edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ