“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI


Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Qarabağı “artsax” adlandırıb, lakin dərhal səhvini düzəldib.

Turkustan.az xəbər verir ki, o, qondarma “artsax” sözünü dedikdən sonra nitqində 4-5 dəfə Qarabağ sözünü vurğulayıb. Jurnalistlər ondan niyə bunu etdiyini soruşduğu zaman isə “Belə daha doğrudur. Məncə, Qarabağ ifadəsini işlətmək daha düzgün olar”, – cavabını verib.

Simonyan ermənilərin işlətdikləri ifadələrə diqqət etməli olduqlarını bildirib:

“Mən “Qarabağ” deyirəm, sən “artsax” adlandırırsan. Eyni şeyin tərsidir. Bu, ərazi iddiası sayılır. Yeni müharibəyə səbəb yaratmamaq üçün lüğətimizə diqqət etməli, işlətdiyimiz ifadələrə fikir verməliyik”.

Ona işğal müddətində Ağdama səfər edib narla foto çəkdirdiyi xatırladılıb. Simonyan isə sadəcə “Hamımız səhv edirik” deyib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ