Katolik dünyasının ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İtaliya televiziyasına müsahibəsində ABŞ-ın yeni prezidenti Donald Trampın mühacirlərlə bağlı ritorikasını dəyərləndirib.
Turkustan.az xəbər verir ki, Papa Fransisk Donald Trampın mühacirləri kütləvi surətdə deportasiya etmək planı ilə bağlı bunları deyib: "Belə bir şey nəzərdən keçirilirsə, bu, qara ləkə olacaq. Bu, heç bir şeyi olmayan insanların bu dünyadakı balanssızlıqların əvəzini ödəməyə məcbur etmək deməkdir. Bu, problemləri həll etməz, belə etməyin”.
Papa Tramp üçün Allahdan güc və hikmət istədiyini bildirərkən, ABŞ sərhədində inşası planlaşdırılan divardan da danışıb. Papa, "Xristian belə bir şey edə bilməz. Ümid edirəm ki, Tramp administrasiyası dövründə nifrət, ayrı-seçkilik və təcrid ABŞ cəmiyyətində özünə yer tapmayacaq" dedi.
O, xristian təlimləri ilə mühacirlərə dair planların bir-birinə uyğun olmadığını vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az