Tramp Rusiya elitasını parçaladı - 3 variant


Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi özü ilə bərabər ən müxtəlif versiyaları da gətirib.

Müzakirə edilən məsələlərdən biri də bundan sonra ABŞ-Rusiya münasibətləridir. Xarici mətbuat yazır ki, Donald Tramp Rusiya elitasını artıq parçalayıb, iki ölkə arasındakı münasibətlərin necə olacağına dair müzakirələr aparılır.

Turkustan.az xəbər verir ki, Rusiya elitası 3 variant üzərində dayanır.

“Biz Kremldəki, hökumətdəki, Mərkəzi Bankdakı və ordudakı bir sıra mənbələrlə ABŞ Prezidenti kimi Donald Trampdan nə gözləniləcəyi ilə bağlı danışdıq. Qeyd edək ki, bu cür fikir ayrılıqlarına demək olar ki, rast gəlməmişik. Amerikada hakimiyyət dəyişikliyi ilə bağlı bizim elita nə gözləyir? Burada üç versiya üzərində dayanmaq olar”,-deyə mətbuat yazır.

Birinci variant Ukraynadakı müharibənin sürətlə tamamlanmasıdır. Mərkəzi Bank və hökumətin iqtisadi bloku bu fikir üzərində dayanır.

“Mən hələ dekabrın əvvəlində demişdim ki, döyüşlər martın əvvəlinə qədər bitməlidir. Proqnozumu bir az dəyişmək istərdim. Düşünürəm ki, hərbi əməliyyatlar mart-aprelin sonunda başa çatacaq. Bu, tezliklə olacaq. Tramp Putini inandıracaq, yaxud ona təzyiq edəcək, bunu bilmirəm. Amma bütün bunları başa çatdırmaq vacibdir, əks halda iqtisadiyyatda çox pis nəsə baş verməyə başlayacaq”, - deyə Mərkəzi Bankdakı mənbə bildirib.

Kreml bu mövqeyi “məğlubiyyətçi mövqe” hesab edir və bu cür bəyanatlara görə cəza vəd edib. Eyni zamanda, Prezident Administrasiyasındakı mənbələr Rusiya elitasının bəzi nümayəndələrinin Trampın komandası ilə ayrıca danışıqlar aparmağa çalışacağını istisna etmir. Amma bu cür hərəkətlər olarsa, Kreml sərt cavab verəcək.

İkinci variant, ABŞ-nin mövqeyinin necə dəyişəcəyidir. Bu variantı dəstəkləyənlər hər hansı bir gözləntidən – həm pis, həm də yaxşıdan əl çəkməyə çağırırlar.

“Putinin Trampla danışıqları çox şeyi üzə çıxaracaq. Amerika Prezidentinin bizə göstərəcəyi hörmətdən çox şey asılıdır. Tramp isə artıq qəribə bəyanatlar verib. Məsələn, deyir ki, Amerika xalqı faşizmi məğlub edib, halbuki bunu kimin etdiyini hamı bilir. O, inaqurasiya mərasiminə Xodorkovski kimi birini dəvət etdi. Putin Trampa tarixdən yaxşı mühazirə oxuyacaq ki, heç olmasa faşizmlə bağlı bundan sonra kazus olmasın”, - deyə Kremldəki mənbə qeyd edib.

Eyni zamanda, mənbə hesab edir ki, Argentina Prezidenti və ya İtaliyanın Baş nazirindən fərqli olaraq Putin Trampın inauqurasiya mərasiminə dəvət edilməməsinə xüsusi diqqət yetirməyəcək: “Putin qisasçı deyil".

Üçüncü variant hərbçilərin əksəriyyətinin rəyini əks etdirir. Onlar düşünürlər ki, Ukraynadakı müharibə indi bitməyəcək, Kiyev Qərbdən yardım alacaq.

“Rusiyada səfərbərlik həyata keçiriləcək, zərərli demobilizasiya ideyasından əl çəkəcəyik və mübarizə aparacağıq. Üstəlik, Trampın Ukrayna münaqişəsi ilə bağlı nə deməsinin heç bir əhəmiyyəti yoxdur”,-deyə . Müdafiə Nazirliyindəki mənbə bildirib.

Bunlar gündəmdə olan əsas 3 variantdır. Proseslərin necə inkişaf edəcəyini isə zaman göstərəck. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ