Tramp Şimali Koreyanı “nüvə gücü” adlandırdı


ABŞ prezidenti Donald Tramp Şimali Koreyanı “nüvə gücü” adlandırıb.

Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə fərmanları imzalayarkən mətbuat mənsublarının suallarını cavablandırıb.

Əvvəlki prezidentliyi dövründə Kimlə dostluq əlaqələri qurduğunu bildirən Tramp bu dostluğun “böyük təhdid” kimi qəbul edildiyini bildirib.

Tramp Şimali Koreyanı “nüvə gücü” kimi qiymətləndirib və Kim haqqında deyib: “Düşünürəm ki, təkrar seçilməyim onu xoşbəxt edəcək”.

Yonhap-ın məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Jeon Ha-kyou Trampın açıqlamalarına münasibət bildirib.

Jeon Ha-kyou hökumətin Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün səylərini davam etdirəcəyini qeyd edərək, "Şimali Koreyanın nüvəsizləşdirilməsi dünyada daimi sülh və sabitliyin ilkin şərti kimi qəbul edilməlidir" dedi.

Bidlirək ki, ABŞ-ın 45-ci və 47-ci prezidenti olan Tramp Şimali Koreya lideri Kim ilə ilk müddətində nüvə danışıqları üçün üç dəfə görüşdü, lakin 2019-cu ilin əvvəlində Hanoy sammitinin uğursuzluğundan sonra danışıqlar dalana dirəndi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ