ABŞ prezidenti Donald Tramp tərəfindən Xarici İşlər Nazirliyinə namizədliyi irəli sürülmüş keçmiş senator Marko Rubio Konqresin Senat qanadında keçirilən səsvermədə Tramp kabinetinin ilk naziri vəzifəsinə təsdiq edilib.
Turkustan.az xəbər verir ki, Floridanın keçmiş Respublikaçı senatoru Senatda 99 “hə” səsi ilə dövlət katibi vəzifəsinə təsdiq edilib.
Kubalı mühacir ailəsinin övladı olan Rubio ABŞ tarixində ilk Latın əsilli dövlət katibi kimi qeydə alınıb.
14 illik senatorluq dövründə Rubio Konqresdə Senatın Xarici Əlaqələr Komitəsi və Senatın Kəşfiyyat Komitəsi kimi mühüm komitələrdə çalışıb.
Aytən Yaşar/ Turkustan.az