ABŞ senatoru andiçmə mərasimindəki bu kadra etiraz etdi


ABŞ-dan müstəqil senator Berni Sanders ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edən çoxlu milyarderin fotosunu paylaşaraq bu vəziyyətə reaksiya verib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın 2017-ci ildən sonra növbəti dəfə keçirilən andiçmə mərasiminə dünyanın ən varlı adamı İlon Mask, Amazonun qurucusu Ceff Bezos və Meta şirkətinin rəhbəri Mark Zukerberq də daxil olmaqla bir çox milyarder qatılıb.

Bu adlar zalda, Trampın kabinet üzvlərinin oturduğu yerin düz yanında yerləşirdi.

Trampın arxasında bu qədər milyarder adının olmasına reaksiya verən Bernie Sanders sosial media hesabında "Mən oliqarxiyadan danışmağa başlayanda çoxları nə demək istədiyimi anlamadı. Bu vəziyyət dəyişdi" sözlərini paylaşıb.

Sanders mesajında ​​"Amerikanın ən zəngin 3 adamı Trampın inauqurasiya mərasimində Trampın arxasında əyləşəndə ​​hamı başa düşür ki, milyarderlər təbəqəsi artıq hökumətimizə nəzarət edir. Biz buna qarşı mübarizə aparmalıyıq"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ