Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci il üçün qlobal iqtisadiyyatla bağlı proqnozunu təqdim edib.
Turkustan.az xəbər verir ki, BVF 2025-ci ildə qlobal iqtisadi artımın əvvəlki proqnozdan 0,1 faiz bəndi yüksək olmaqla 3,3 faiz təşkil edəcəyini açıqlayıb.
BVF ekspertləri hesab edirlər ki, ABŞ iqtisadiyyatı 2,7%, avrozona 1%, Çin 4,6%, Rusiya 1,4%, Almaniya isə 0,3% artacaq. /globalinfo.az/