ABŞ-də rəsmi olaraq yeni dövr başlayıb. 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gələn 47-ci prezident Donald Tramp and içərək ikinci səlahiyyət müddətinə başlayıb.
Turkustan.az xəbər verir ki, Tramp and içdikdən sonra kürsüyə çıxıb və bəzi açıqlamalar verib.
O, "ABŞ qızıl dövrünü yaşayacaq. Bizim prioritetimiz qürurlu və zəngin bir ölkə qurmaq olacaq. Hər kəs bizə hörmət edəcək",- deyə nitqinə başlayıb.
"Hazırda hamımız bir yerdəyik. Bu gündən etibarən ölkəmiz yenidən çiçəklənəcək, daha heç kimin bizdən istifadə etməsinə icazə verməyəcəyik. Biz ölkəmizdə böyük yeniliklərə səbəb olacağıq və onların əks-sədası bütün dünyada hiss olunacaq. Amerika bu fürsətdən əvvəlkindən daha çevik istifadə edəcək", - Donald Tramp deyib. /bakivaxti.az/