Rusiyanın xarici işlər naziri xatırladıb ki, qeyri-rəsmi olaraq ABŞ-ın seçilmiş prezidentinin komandasının bir çox üzvü və onun özü həm Yaxın Şərq, həm də Ukrayna böhranı ilə bağlı çıxış ediblər.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna böhranının həllini xarici siyasətinin prioriteti hesab edir. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə iclasında çıxışı zamanı deyib.
“Hər kəs Tramp administrasiyasının irəli sürdüyü rəsmi yanaşmaların nə olacağı ilə maraqlanır, qeyri-rəsmi olaraq, onun komandasının bir çox üzvü, həm Yaxın Şərq, həm də Trampın prioritet hesab etdiyi Ukrayna böhranı ilə bağlı dəfələrlə çıxış edib. Onun həlli ilə bağlı xarici siyasət fəaliyyətinin sahələri, məsələn, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünün qəbuledilməzliyi ilə bağlı onlar Rusiyanın mövqeyinin bəzi aspektlərini başa düşdüklərini açıq şəkildə bildirirlər.
“Bunların hamısı yeni prezidentin rəsmi vəzifəyə başlaması ərəfəsində verilən ilkin, təxmini bəyanatlar və onun administrasiyasının üzvlərinin bəyanatlarıdır” - deyə, rusiyalı nazir qeyd edib.
Aytən Yaşar/ Turkustan.az