Yəməndəki husilər İsrailin cənubundakı Eylat şəhərində iki "həyati" hədəfə raketlərlə hücum etdiklərini bildiriblər.
Turkustan.az xəbər verir ki, husilər həmçinin ABŞ-ın “USS Harry S. Truman” təyyarədaşıyan gəmisini Qırmızı dənizdə bir ay ərzində 8-ci dəfə hədəfə aldıqlarını bildiriblər.
Seri qeyd edib ki, “hər iki əməliyyat uğurlu alınıb”.
İsrail ordusu da açıqlamasında Yəməndən atılan və İsrailə doğru istiqamətlənən raketin vurulduğunu açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az