Yoon Suk Yeol yerləşdiyi təcridxanada bir nəfərlik kameraya aparılıb.
Turkustan.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Penitensiar Müəssisəsinin baş direktoru Şin Yonq-hae məsələ ilə bağlı açıqlama verib.
Dünən həbs edilən Yoonun paytaxt Seuldakı təcridxanada 12 kvadratmetrlik tək kameraya aparıldığını ifadə edən Şin, “Yoon şübhəlilərin saxlandığı gözləmə otağından ümumi məhbuslar bölməsinə aparıldı" dedi.
Digər tərəfdən Şin qeyd edib ki, prezident aparatının təhlükəsizlik xidməti rəsmiləri və polis onun tərəfdarlarının etiraz cəhdlərinə qarşı təhlükəsizlik tədbirləri görüb.
Bundan əlavə, polis və xüsusi istintaq qrupu prezident aparatında və prezident iqamətgahı şəhərciyində təhlükəsiz binada axtarış aparmaq və təhlükəsizlik kamerası görüntüləri kimi dəlilləri əldə etmək üçün hərəkətə keçib.
Korrupsiyaya Qarşı İstintaq İdarəsinin (CIO) rəsmisi açıqlamasında bildirib ki, əvvəllər hərbi vəziyyətin istintaqı ilə bağlı ifadə verməkdən imtina edən Yoonun ifadə verməsini təmin etmək üçün tədbir görüləcək.
"Hazırda biz onun zorla ifadə vermək üçün gətirilməsi barədə ciddi düşünürük. Həmçinin istintaq təcridxanasına dindirilmək üçün getməyi də düşünürük"-deyə, məmur bildirib.
Aytən Yaşar/ Turkustan.az