Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü


Rusiya ordusu daha bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Qeyd edilir ki, "Qərb" qoşun qruplaşmasının bölmələri Luqansk vilayətində Novoyeqorovka yaşayış məntəqəsini tutublar.

Bundan başqa, hərbi idarə bildirib ki, Rusiyanın "Mərkəz" qoşun qüvvələri Donetsk vilayətində Şevçenko yaşayış məntəqəsində nəzarəti ələ keçiriblər.

Xatırladaq ki, bundan əvvəl vilayətin Vozdvijenka kəndi və Pesçanoye yaşayış məntəqəsi nəzarət altına alınmışdı. /bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ