Maykl Volts: “Ukraynada müharibə Üçüncü Dünya müharibəsinə çevrilə bilər”


“ABŞ-ın yeni Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaqda qərarlıdır”

“ABŞ-ın yeni Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaqda qərarlıdır”. Turkustan.az xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində təhlükəsizlik üzrə müşaviri vəzifəsini tutacaq Maykl Volts deyib.

Volts qeyd edib ki, o, Trampın planlarını açıqlamaq istəmir, lakin Ukraynadakı müharibəni bitirmək üçün üç əsas məqamı qeyd edib: “İlk növbədə, danışıqlar masasına kimi dəvət edəcəyik? İkincisi, onları masaya necə oturdulacaq? Üçüncüsü, sazişin çərçivəsi necə olacaq? Bu suallar həll edilməlidir”.

“Münaqişə dayandırılmalıdır. Prezident Trampın bu barədə fikri aydındır və bunu etməkdə qərarlıdır”, Volts əlavə edib.

Amerika rəsmisinin sözlərinə görə, Ukraynadakı müharibə “Birinci Dünya müharibəsindən qalma müharibə üsullarını özündə birləşdirir” və “Rusiya Şimali Koreya qoşunlarını gətirdiyi üçün Üçüncü Dünya müharibəsinə çevrilə bilər”.

O, həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması məsələsində Trampla əməkdaşlığa hazırdır. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ