Almaniyanın İqtisadiyyat naziri Robert Habek Trampla bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habek, ABŞ-ın 47-ci prezidenti Donald Trampın tez-tez gündəmə gətirdiyi gömrük vergilərinin əsas hədəfinin Almaniya olduğunu açıqlayıb.
Almaniyanın ABŞ ilə iqtisadi əlaqələrdə ticarət çoxluğu baxımından Avropa Birliyi ölkələri arasında birinci yerdə olduğunu xatırladan Habek, "Almaniya Trampın can sıxıcı tərəfidir" deyib.
Trampın ümumilikdə Avropa Birliyini hədəf alacağına dair iddialara toxunan Habek, “Onun həyata keçirəcəyi siyasətlərdə xüsusi olaraq Almaniya iqtisadiyyatını hədəf alacağına əmin ola bilərsiniz”-deyə, bildirib. O, Almaniya üçün xüsusi və həssas siyasətlərin həyata keçiriləcəyinə diqqət çəkib.
Bildirək ki, Tramp daha əvvəl ABŞ istehsalı olan avtomobilləri almadıqları üçün Avropa Birliyi ölkələrinə qəzəbləndiyini bildirmişdi. O, Avropa məhsullarının ABŞ-da çox istehlak edildiyini və ticarət kəsirinin bağlanmalı olduğunu düşünür.
Aytən Yaşar/ Turkustan.az